
Akademik Rasim Əliquliyev bu dəfə TNS kanalında çıxış edib – VİDEO
Faktinfo.az xəbər verir ki,AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev TNS kanalının “Doğru məkan” verilişinin qonağı olub.
Akademik Rasim Əliquliyev verilişdə dövlət başçısının müvafiq fərmanına əsasən ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılmasının strateji əhəmiyyətindən bəhs edib. Alim bildirib ki, Şuranın yaradılmasında əsas məqsəd dayanıqlı və təhlükəsiz rəqəmsal dövlət infrastrukturunun formalaşdırılması, rəqəmsal fərqlərin aradan qaldırılması, yüksək keyfiyyətə malik vahid rəqəmsal platformanın yaradılması və cəmiyyətin bütün sektorlarında harmonik inkişafın təmin olunmasıdır.
AMEA-nın vitse-prezidenti həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni rəqəmsal arxitekturasının formalaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrdən danışıb. Qeyd edib ki, dövlət maraqları çərçivəsində vahid milli data ekosisteminin, etibarlı şəbəkə-kommunikasiya infrastrukturunun yaradılması və idarəetmənin səmərəliliyi kimi kompleks məsələlərin həll edilməsi, nəticə etibarilə virtual məkanda dövlətin kibertəhlükəsizliyinin təmin olunması və kibersuverenliyin dayaqlarının möhkəmləndirilməsi rəqəmsal arxitekturanın əsas strateji hədəflərindəndir.
Mövzu ilə bağlı daha ətraflı aşağıdakı videodan tanış ola bilərsiniz:












Bu xəbər üçün şərh yazın