Alimlər kainatın məhv olacağı tarixi açıqladılar
Beynəlxalq Alimlər Qrupu kainatın məhv olacağı tarixi açıqlayıb.
Kult.az xəbər verir ki, alimlər kainatın bundan sonra 140 milyard il yaşaya biləcəyini proqnozlaşdırıblar. Alimlərin bu proqnozu kainatın hazırkı yaşını (13,8 milyard yaş – red.) 10 dəfədən çox üstələyib.
Ekspertlər belə qənaətə 10 milyonlarla qalaktikada müşahidələr apardıqdan sonra gəliblər. Onlar kainatda materiyanın paylanılmasının üçölçülü xəritəsini hazırlayıblar. Bundan sonra onlar materiyanın genişlənməsi templərini tədqiq ediblər. Nəticədə tədqiqatçılar materiyanın əvvəlki illərə nisbətdən daha az genişləndiyini görüblər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın