Almaniya kansleri Bakıya gələcək

Almaniya kansleri Bakıya gələcək 

Bu gün – avqustun 18-də Berlin ətrafında Rusiya prezidenti Vladimir Putinlə görüşə hazırlaşan Almaniya kansleri Angela Merkelin bunun ardınca Cənubi Qafqaz ölkələri – Gürcüstan, Ermənistan və Azərbaycana səfər etməyi planlaşdırdığı xəbər verilir.

Almaniya hökumətinin sözçüsü Steffen Seibert avqustun 17-də deyib ki, Merkelin Qafqaz səfəri avqustun 23-də Gürcüstandan başlayacaq. Bundan sonra kansler Ermənistan və nəhayət Azərbaycana səfər edəcək.

Bu səfərdən əvvəl, avqustun 18-də Merkelin Berlin ətrafındakı hökumət iqamətgahında Putinlə görüşü plnalaşdırılıb.

Qərbyönlü Gürcüstan Rusiya təcavüzündən müdafiə məqsədilə NATO və Avropa İttifaqı üzvlüyünə can atır. Gürcüstan və Rusiya arasında 10 il əvvəl müharibə olub və Rusiya qoşunları Gürücstanın separatçı bölgələrində qalmaqda davam edir. Bu müharibənin baş verməsinə görə Moskva və Tbilisi indiyədək bir-birlərini ittiham edirlər, lakin müharibənin ardınca Rusiya Gürcüstandan qopmuş Abxaziya və Cənubi Osetiyada hərbi qüvvələrini saxlayıb.

Ötən ay NATO-nun baş katibi Jens Stoltenberg alyansın Gücüstanın üzvlük niyyətini dəstəklədiyini bir daha bəyan edib, hərçənd Tbilisinin NATO-ya qoşulması üçün dəqiq vaxt cədvəli göstərməyib.

Bunun ardınca Rusiyanın baş naziri Dmitri Medvedev NATO-ya xəbərdarlıq edərək demişdi ki, Gürcüstanın alyansa qoşulması yeni və daha “dəhşətli” münaqişəyə səbəb ola bilər.

Merkelin Yerevan və Bakıda aparacağı danışıqların əsas mövzusunun bu iki ölkə arasında davam edən Dağlıq Qarabağ münaqişəsi olacağı gözlənilir.

Bu bölgədə 1994-cü ildən bəri atəşkəs qüvvədə olsa da, gərginlik aradan qalxmayıb.

Merkel Yerevan səfərində həm də ölkənin yeni baş naziri Nikol Paşinyanla əyani tanış olmaq imkanı qazanacaq.

(Azadlıq radiosu)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər