AMEA-dan nə alındı, nə qaldı? - Tam siyahı
Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Həmin elmi müəssisələrin siyahısını təqdim edirik:
1.1. Fizika İnstitutu;
1.2. Riyaziyyat və Mexanika İnstitutu;
1.3. İdarəetmə Sistemləri İnstitutu;
1.4. Radiasiya Problemləri İnstitutu;
1.5. İnformasiya Texnologiyaları İnstitutu;
1.6. Biofizika İnstitutu;
1.7. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası;
1.8. Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu;
1.9. Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu;
1.10. Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu;
1.11. Polimer Materialları İnstitutu;
1.12. Geologiya və Geofizika İnstitutu;
1.13. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu;
1.14. Təbiət Tarixi Muzeyi;
1.15. Neft və Qaz İnstitutu;
1.16. Botanika İnstitutu;
1.17. Zoologiya İnstitutu;
1.18. Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu;
1.19. Mikrobiologiya İnstitutu;
1.20. Dendrologiya İnstitutu;
1.21. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu;
1.22. Genetik Ehtiyatlar İnstitutu;
1.23. Torpaqşünaslıq və Aqrokimya İnstitutu;
1.24. İqtisadiyyat İnstitutu.
2. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr:
2.1. Təbii Ehtiyatlar İnstitutu;
2.2. Bioresurslar İnstitutu;
2.3. Batabat Astrofizika Rəsədxanası.
3. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr:
3.1. Ekologiya və Təbii Ehtiyatlar İnstitutu;
3.2. Bioresurslar İnstitutu;
3.3. Aqrar Problemlər İnstitutu;
3.4. Nəbatat Bağı.
4. Azərbaycan Milli Elmlər Akademiyasının təsərrüfat-hesablı elmi xidmət müəssisələri:
4.1. Təcrübə-Sənaye Zavodu;
4.2. “Kibernetika” Elmi İstehsalat Birliyi;
4.3. “Nafta” Elmi İstehsalat Birliyi;
4.4. “Aşqar” Elmi İstehsalat Birliyi;
4.5. “Kompozit” Elmi İstehsalat Birliyi.
5. Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti.
Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində qalan elmi müəssisə və təşkilatların, habelə digər qurumların siyahısı isə belədir:
Yer Elmləri Bölməsi:
Respublika Seysmoloji Xidmət Mərkəzi
Humanitar Elmlər Bölməsi:
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Nəsimi adına Dilçilik İnstitutu
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
Memarlıq və İncəsənət İnstitutu
Folklor İnstitutu
İctimai Elmlər Bölməsi
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu
Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu
Fəlsəfə və Sosiologiya İnstitutu
Hüquq və İnsan Haqları İnstitutu
Qafqazşünaslıq İnstitutu
Elm Tarixi İnstitutu
AMEA-nın nəzdindəki təşkilatlar:
Mərkəzi Elmi Kitabxana
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi
Gənc Alim və Mütəxəssislər Şurası
Azad Həmkarlar İttifaqı
Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
AMEA-nın Regional Bölmələri:
Naxçıvan Bölməsi
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu
İncəsənət, Dil və Ədəbiyyat İnstitutu
Əlyazmalar Fondu
Elmi Kitabxana
Nəbatat bağı
Gəncə Bölməsi:
Nizami Gəncəvi Mərkəzi
Humanitar Tədqiqatlar İnstitutu
Diyarşünaslıq İnstitutu
AMEA-nın Regional Elmi Mərkəzləri:
Şəki Regional Elmi Mərkəzi.
Qeyd edək ki, Prezident İlham Əliyevin dünən imzaladığı fərmanla Elm və Təhsil Nazirliyi yaradılıb, AMEA-nın bir sıra institutları və elmi müəssisə və təşkilatları bu nazirliyin tabeliyinə verilib. O cümlədən 3 muzey Mədəniyyət Nazirliyinin tabeliyinə keçib.
Bu xəbər üçün şərh yazın