Ana və körpə ölümləri- Ölüm halları ictimaiyyətdən gizlin saxlanıla da bilir
Ötən gün Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında bir ailənin faciəsinə çevrilən ölüm halı qeydə alındı.Yenə də ana və körpə ölümü...Belə ki, xəstəxananın doğum şöbəsində Aytac adlı qadın qeysəriyyə yolu ilə doğuş edən zaman əkizlər dünyasını dəyişib, qadın komaya düşüb.
Göründüyü kimi, ölkəmizin doğum evlərində baş alıb gedən ana və körpə ölümləri, körpələrin qüsurlarla dünyaya gəlməsi ağrılı məsələ olaraq qalır. Məhz fizioloji proses olan doğuşun normal yekunlaşması, doğuşa qədərki prosesləri düzgün qiymətləndirmək həkim peşəkarlığı tələb edir. Təəssüf hissi ilə qeyd edilməlidir ki, bu istiqamətdə hələ də kifayət qədər problemlər həllini tapmadığına görə ilkin problem də məhz buradan qaynaqlanır.Əvvəl bəzi həkimlər pasienti əməliyyata alırlar ki, qeysəriyyə yolu ilə qüsursuz doğuş həyata keçirsinlər, problem yarandığı təqdirdə onlarla bəhanə uydurulur: ay, ana xəstə idi v s.
Qadın məsləhətxanaları demək olar ki,işləmirlər.Onlar gün ərzində onlarla hamilə qadını "müayinə"dən keçirib rüşvət yığmaqla məhşurlaşıblar.Açığı, körpənin ana bətnində çəkisi, onlarla digər vacib məsələlərə qadın məsləhətxanaları tərəfindən yazılan qeydlərə doğum evindəki həkimlər o dərəcədə inanır ki, hamilə qadın üzərində doğuşdan bir neçə gün əvvəl aparılmayan müayinələr doğuş günü müxtəlif fəsadlara yol açır, ana və uşaq ölümləri baş verir. Son illər doğum evlərində neqativ halların artması artıq hər kəs tərəfindən hiddətlə qarşılanır. Ana və uşaq ölümlərinin sayının getdikcə çoxalması, tibb işçilərinin pasientlərə yalnız onların maddi durumuna əsasən münasibət göstərməsi demək olar ki, hər kəsin əsəblərini tarıma çəkib.Ölüm halları baş verdikdən sonra aparılan araşdırmalardan ölkə vətəndaşlarının məlumatsız qalmaları isə sonrakı mərhələdə səhiyyə ocaqlarına uz tutanları hazırlıqsız vəziyyətdə "yaxalamış" olur.
Faktinfo.az -ın məlumatna görə,artıq bəzi doğum şöbəsinin müdirləri ölüm faizinin çoxluğuna görə Səhiyyə Nazirliyi tərəfindən ciddi şəkildə tənbeh olunur,onlardan bəzilərinə töhmət də verilir.Məsələn, Bakının Nizami rayonundakı 7 saylı doğum evinin və Şamaxı rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin adı ana və uşaq ölümlərinə görə mediada çox hallanıb.Buna görə ,hər iki doğum evinin müdirləri Səhiyyə Nazirliyində artıq yaxşı qarşılanmır.
Hər iki tibb ocağında müxtəlif səbəblərdən dəfələrlə ölüm halları baş versə də,ictimaiyyətdən gizlin saxlanıla da bilib.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın