
Ankara və İrəvan birbaşa ticarətə başlayır - Keçeli
Türkiyə və Ermənistan iki ölkə arasında birbaşa ticarətin başlanması üçün hazırlıqları tamamlayıb.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli deyib.
"Ermənistanla 2022-ci ildən davam edən normallaşma prosesi kontekstində qəbul edilən etimad quruculuğu tədbirləri çərçivəsində ölkəmizlə İrəvan arasında birbaşa ticarətin başlanmasına dair hazırlıqlar 2026-cı il mayın 11-dən başa çatıb. İki ölkə arasında ümumi sərhədin açılması üçün zəruri texniki və bürokratik işlər davam edir", - o bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə qanunvericiliyində dəyişiklik edildiyini və Ermənistanın Türkiyə məhsullarını idxal edən ölkələrin siyahısına əlavə olunacağını demişdi./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın