Ankarada Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü qeyd olunub -

Ankarada Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü qeyd olunub - FOTOLAR

Türkiyədə Ankara Ticarət Odasının (ATO) ev sahibliyi ilə Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü münasibətilə “Qafqaz İslam Ordusu və Ənvər Paşa” adlı toplantı keçirilib.

Report.az-ın Ankara Bürosu xəbər verir ki,Azərbaycanın Türkiyədəki səfirliyi, Türk Dünyası Parlamentariləri Fondu (TDPV), Türkiyə-Azərbaycan Dostluq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə keçirilən tədbirdə öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni hərbi attaşe təyin olunan general-mayor Zaur Zeynalovun da iştirak etdiyi tədbirdə Qafqaz İslam Ordusu haqqında qısametrajlı film nümayiş olunub.

Türk Dünyası Parlamentariləri Fondunun rəhbəri Abdulla Çalışkan Bakının bolşevik və daşnaklardan azad edilməsini Osmanlı ordusunun Birinci Dünya Müharibəsi illərində qazandığı üç böyük qələbədən biri adlandırıb.

“Qafqaz İslam Ordusunun keçdiyi şərəfli yol haqlı olaraq Çanaqqala və Kut əl-Əmər döyüşləri iştirakçılarının şücaətləri ilə eyni səviyyədədir”, - Çalışkan bildirib.

TADİV sədri, Türkiyə Prezident Adminstrasiyasının Təhlükəsizlik Şurasının üzvü, professor Aygün Attar isə deyib ki, Qafqaz İslam Odusu təkcə Bakını işğaldan qurtarmayıb, eyni zamanda Güney Azərbaycanda təbrizliləri, Şimali Qafqazda Dağıstan türklərini qırğından xilas edib.

Türkiyənin milli müdafiə nazirinin müavini, əslən azərbaycanlı Şüay Alpay 1920-ci ildə bolşeviklərə qarşı Gəncə üsyanında fəallıq göstərən babasından bəhs edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər