
Antalyada "Azərbaycan İncəsənət Həftəsi" çərçivəsində Azərbaycan sənətçilərinin iştirakı ilə konsert proqramı təşkil edilib - FOTOLAR
Türkiyədəki Azərbaycan Respublikasının Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə Antalyada "Azərbaycan İncəsənət Həftəsi" çərçivəsində Azərbaycan sənətçilərinin iştirakı ilə konsert proqramı təşkil edilib.Proqram bir dəqiqəlik sükutla başladı, ardınca Türkiyə Dövlət Himni və Azərbaycan Dövlət Himni oxundu. Tədbirdə türk dünyasının nümayəndələri və çoxsaylı vətəndaşlar iştirak etdib.
Bu barədə Faktinfo.az-a göndərilən məlumatda bildirilir.
Tədbirdə Antalya Kitabxanasının direktoru Oğuzhan Ceylan, Azərbaycan səfirliyinin müşaviri Füzuli Mecidli, Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Samir Abbasov, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin prezidenti Azər İsmayıl və Antalya Kəpəz Bələdiyyəsinin sədr müavini Evrim Yalçın çıxış edib. Çıxışlarda Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin əhəmiyyəti vurğulandı, mədəni layihələrin iki xalqın ortaq dəyərlərinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət etdiyi bildirildi.
Tədbirin incəsənət bölməsində "Zəngəzur" Azərbaycan Rəqs Ansamblının ifasında Azərbaycan milli rəqsləri nümayiş olundu. Azərbaycanlı rəssamlar Vüsalə Məryəm Alıcı, Müşfik Əliyev və opera müğənnisi Fidan Hüseynova milli əsərlərini ifa edərək tamaşaçılara unudulmaz anlar yaşadıb və böyük rəğbət qazanıb.
Tədbirlər çərçivəsində türk dünyasının məşhur mütəfəkkirləri, böyük Azərbaycan şairi Nizami Gəncəvinin və türk şairi Yunus Əmrənin portretləri Aralıq dənizi bölgəsinin ən böyük təhsil mərkəzlərindən biri olan Antalya Şəhər Kitabxanasına hədiyyə edilib.Bu rəsmlər kitabxananın oxu zalının "Böyük Türk Şəxsləri və Şəxsiyyətləri" bölməsində daimi olaraq nümayiş etdirilib.Bundan əlavə, Antalya Şəhər Kitabxanasının "Azərbaycan Bölməsi"nə Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti haqqında kitablar kolleksiyası bağışlanıb.Layihənin əsas məqsədi gəncləri türk dünyası ədəbiyyatı ilə tanış etmək olub.





















Bu xəbər üçün şərh yazın