"Antiinhisar araşdırmasını bitirməmiş "Aztelekom"un rəhbəri dəyişdi" - Osman Gündüzdən ŞOK açıqlama

"Antiinhisar araşdırmasını bitirməmiş "Aztelekom"un rəhbəri dəyişdi" - Osman Gündüzdən ŞOK açıqlama 

"Aztelekom-da yenidən rəhbər dəyişikliyi olduğu bildirilir".

Musavat.com bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib. O, diqqətə çatdırıb ki, rəhbər dəyişikliyi yeni hüquqi statusda olan "Antiinhisar"ın təbii inhisar subyekti olan "Aztelekom"la "vuruşmağa" hazırlaşdığı bir zamanda olub:

"Bu, son 3-4 ildə, səhv eləmirəmsə Aztelekom rəhbərliyində 5-ci dəyişiklikdir.
Xatırladıram ki, hazırda internet qiymətləri ilə bağlı vətəndaşların seçim hüququnu məhdudlaşdırdığına və "kartel sövdələşməsi"nə görə "Antiinhisar" "Aztelekom"la bağlı araşdırma aparır. 2 aydır ki araşdırma başa çatdırılmayıb.

İki təbii inhisarçının, "Aztelekom" və "Baktelekom"un birləşərək ölkə üzrə yalnız bir inhisarçının- vahid bir "Aztelekom" operatorunun yaradılmasına "Antiinhisar" etiraz etdiyənə görə indiyədək də Antiinhisar və "Aztelekom" arasında məhkəmə çəkişməsi davam edir.

Dövlətə məxsus operatorlarda baş verənlər, sektordakı təbii inhisarçının qiymət siyasətinin effektiv olmaması, rəqəmsal sektorda istehlakçıların hüquqlarının qorunması sahəsindəki problemlər həm də yeni formalaşmış İKTA -nın sektora tənzimləyici təsir mexanizmlərinin zəif olması ilə bağlıdır. Bir tərəfdən RİNN "Onlayn Azərbaycan" layihəsi çərçivəsində dövlət və özəl tərəfdaşlıq çərçivəsində qısa zamanda ölkə üzrə nəhəng bir internet şəbəkəsi formalaşdırdı. On illər ərzində görülməyən iş reallaşdırıldı, ölkənin hər bir sahəsində keyfiyyətli internetə əlçatanlıq yaradıldı. Etiraf etmək lazırdır ki, bu, sözün həqiqi mənasında nəhəng bir işdir.

Amma digər tərəfdən yeni formalaşan bu internet şəbəkəsi həm də əsasən dövlətə məxsusdur. "Aztelekom" üzərindən olan bu şəbəkə dövlətə məxsusdur və qurum da qanuna görə təbii inhisar subyektidir.
Bu baxımdan qurumun dərhal minimal internet tariflərini qaldıraraq vətəndaşlara seçim imkanı verməməsi, əlçatanlığın qiymət siyasəti ilə məhdudlaşdırılması yolverilməzdir.

Yeri gəlmişkən, "Aztelekom"da rəhbər dəyişikliyi haqqında rəsmi açıqlama olmayıb.
Ümid edirəm ki, "Aztelekom" və "Antiinhisar" razılığa gələcək, uzun-uzadı məhkəmə çəkişmələri olmayacaq və internet tarifləri ilə bağlı vətəndaşlara sərbəst seçim imkanları yaradılacaq".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər