Aparıcı ilə ailə quran icra başçısı toyda qonaqlara qadağa qoydu

Aparıcı ilə ailə quran icra başçısı toyda qonaqlara qadağa qoydu 

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparıcı Alidə Mustafayevanın ötən gün toyu baş tutub.

Şəhər restoranlarının birində keçirilən məclisdə aparıcılar, şou-biznes nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.

Məclisdən qonaqlar fotolar videolar paylaşıblar.Amma gəlin və bəylə foto çəkdirən olmayıb.Belə ki,toyda qonaqlara gəlin və bəyin fotosunun paylaşılmaması ciddi şəkildə tapşırılıb. Hətta bunun üçün xüsusi mühafizəçilər də tutulub.

Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onun bu nikahdan dörd övladı var. Cütlük iki il əvvəl boşanıb.

Xatırladaq ki,bu barədə məlumatı Axşam.az saytı yayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər