Aqil Abbas Poladlı kəndində də görüş keçirib

Aqil Abbas Poladlı kəndində də görüş keçirib -FOTOLAR

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov ( Aqil Abbas) Ağcabədi rayonun Poladlı kəndində seçicilərlə görüş keçirib.

Görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aqil Abbas görüş zamanı deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində seçicilərini Milli Məclisdə layiqincə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb.

Aqil Abbas bildirib ki, Poladlı sakinləri yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq: "Namizədliyimi yenidən irəli sürməkdə məqsədim budur".

“Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə itirməmək üçün çalışdım” - deyən A.Abbas vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən ölkəmiz üçün bundan sonra da hər birimiz əlimizdən gələni etməlidir. 

Poladlı seçiciləri çıxış edərək bildiriblər ki, millət vəkili Aqil Abbasa etimadları tamdır, çünki o,  deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib, gənclərlə önəmli müzakirələr aparıb və hər zaman onların müraciətlərinə, problemlərinə, təkliflərinə həssaslıqla yanaşıb və onların həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib.

Faktinfo.az





Birinci məlumatlanmaq üçün facebook səhifəmizi