Aqil Abbas qaçqın kompleksində məskunlaşan füzulidən olan seçicilərlə görüşüb - FOTOLAR
85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən qaçqın kompleksində məskunlaşan füzulidən olan seçicilərlə görüşüb.
Faktinfo.az xəbər verir ki, görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aqil Abbas görüşdə yeni seçki platformasını açıqlayıb və sualları cavablandırıb, sakinlərin təkliflərini dinləyib. A.Abbas ölkədə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərindən, xüsusilə işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa işlərinin həyata keçirilməsindən danışıb. Vətən müharibəsi iştirakçılarına, əlillərinə və şəhid ailələrinə göstərilən qayğı haqqında məlumat verən namizəd bütün bunlarla yanaşı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramının icrasının da ölkə başçısının diqqət mərkəzində olduğunu bildirib.
Seçicilər çıxış edərək bildiriblər ki, millət vəkili Aqil Abbasın deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib, gənclərlə önəmli müzakirələr aparıb və hər zaman onların müraciətlərinə, problemlərinə, təkliflərinə həssaslıqla yanaşıb, onların həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib.
Aqil Abbas müəyyən problemləri olan seçicilərlə ayrı-ayrılıqda da görüşüb, geniş müzakirə aparıb.
Seçicilər yenə seçimlərinin millət vəkili Aqil Abbas olacağını vurğulayıblar və ona uğurlar diləyiblər.
Sonda xatirə şəkil çəkildi.
Bu xəbər üçün şərh yazın