Aqil Abbas Rəncbərlər kəndində də seçicilərlə görüşdü

Aqil Abbas Rəncbərlər kəndində də seçicilərlə görüşdü - FOTOLAR

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov ( Aqil Abbas) Ağcabədi rayonun Rəncbərlər kəndində seçicilərlə görüş keçirib.

Görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aqil Abbas seçki platformasını geniş şərh edib, habelə seçicilərin qaldırdığı məsələlərlə bağlı keçən dönəmdə Millət vəkili olaraq gördüyü işlərdən danışıb.

Aqil Abbas ölkədə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərindən, xüsusilə işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa işlərinin həyata keçirilməsindən danışıb. Vətən müharibəsi iştirakçılarına, əlillərinə və şəhid ailələrinə göstərilən qayğı haqqında məlumat verən A.Abbas bütün bunlarla yanaşı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramının icrasının da ölkə başçısının diqqət mərkəzində olduğunu bildirib, seçki dairəsinin müxtəlif ərazilərində su və qaz təminatının yaxşılaşdırılması haqqında danışıb.


Daha sonra deputatlığa namizəd seçicilərin müxtəlif mövzularda ona ünvanladıqları sualları cavablandırıb. Onu da qeyd edək ki, seçicilər deputatlığa namizədə daha çox sosial problemlərlə bağlı suallar ünvanlayıblar.

Aqil Abbas Rəncbərlər kəndində də seçicilərlə görüşdüAqil Abbas Rəncbərlər kəndində də seçicilərlə görüşdüAqil Abbas Rəncbərlər kəndində də seçicilərlə görüşdüAqil Abbas Rəncbərlər kəndində də seçicilərlə görüşdüAqil Abbas Rəncbərlər kəndində də seçicilərlə görüşdüAqil Abbas Rəncbərlər kəndində də seçicilərlə görüşdüAqil Abbas Rəncbərlər kəndində də seçicilərlə görüşdüAqil Abbas Rəncbərlər kəndində də seçicilərlə görüşdü
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi