Araq qəbulundan sonra insan beyni hansı müddətə bərpa olunur? -ARAŞDIRMA
Spirt qəbulundan sonra beynin sağalmağa başlaması üçün müəyyən müddət tələb olunur.
Faktinfo.az xəbər verir ki,Rusiyalı alimlərin gəldiyi qənaətə görə,insan beyni normadan artıq alkoqol qəbulundan sonra ilk günlərdə bərpa olunmağa başlayır.Beynin əvvəlki vəziyyətinə tam gəlməsi üçün isə,1 həftə tələb olunur.
Gündəlik alkoqol qəbuluna gəlincə,alimlər qənaətə gəliblər ki,bu insanın bütün həyatına mənfi təsir edib,əlavə xəstəliklər də yarada bilir.Belə ki, uzun müddət alkoqoldan davamlı istifadə etdikdə insanda qaraciyər sirrozu yarana, ürəyin fəaliyyəti pozula, xərçəng və ruhi xəstəliklərə tutulma riski arta bilər.Bütün bunların üzərinə beynin zədələdiyini də əlavə etdikdə,insan çoxsaylı xəstəliklərə düçar olma riski ilə üz-üzə qalır.
Alimlərin araşdırmasında alkoqolizmdən əziyyət çəkənlərə də yer verilib.Çoxsaylı araşdırmalardan məlum olub ki, spirtli içkilərdən imtina etdikdən sonra beyin əvvəlki fəaliyəti alkoqoliklərdə də bərpa olunur.Alkoqoliklər spirt qəbulunu dayandırdıqdan sonra,1 ay ərzində beyin strukturunda müsbət dəyişikliklər müşahidə olunur. MRT aparatından istifadə etməklə alkoqolizmdən əziyyət çəkən insanların beyni izlənilərkən müəyyən olunub ki,burada siqaretin təsiri də az deyil.Spirtlə paralel siqaretdən də imtina,alkoqoliklərdə düşünmə səviyyəsini yaxşılaşdırmağa,sonrakı 6 ay müddətində isə beynin funksiyasını bərpa etməyə də səbəb olur.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın