“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən SƏBƏB

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən SƏBƏB 

Azərbaycanda tenderlərin şəffaflığı ən çox müzakirə edilən məsələlərdəndir. Bu sahədəki problemləri heç bir yolla aradan qaldırmaq mümkün olmur desək, heç də məsələni böyütmüş olmarıq.

 Hətta şəffaflıq istiqamətində atılan addımların səthi olduğunu da deyə bilərik.


Demək olar ki, mediada hər gün qeyri-şəffaf, şübhəli tender əməliyyatları ilə bağlı məlumatlar dərc edilir. Bu məlumatlardan biri də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mebel inventarlarının satın alınması ilə bağlı elan etdiyi tenderdir. Qeyd edək ki, tender artıq başa çatıb, qalib müəyyənləşib. 71.803 AZN-lik tenderin qalibi diqqət çəkib. 

AFN.az xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçün rəhbər kresloları, işçi kreslosu, qonaq kreslosu, qurum rəhbərinin müavini üçün masa dəsti, qurum rəhbərinin müavini üçün sənəd və paltar dolabı və.s inventarların alınması üçün keçirilən tenderin qalibi “Arash Medical Company" QSC-dir. İlk baxışdan bəlkə də normal görünə bilər, lakin QSC-nin fəaliyyət istiqaməti ilə bağlı aparılan kiçik araşdırma “bir əldə iki (daha çox) qarpız tutmaq” kimi el məsəlini yada salır. 

“Arash Medical Company" özünün rəsmi internet səhifəsində də göstərdiyi kimi, tibbi avadanlıqların təminatı ilə məşğul olan müəssisədir. Şirkətin saytında, “Məqsəd” başlığı altında təqdimatı belə verilib: “Sektorun öndər markaları ilə əməkdaşlıq edən şirkətin əsas məqsədi ölkəmizdə tələb olunan keyfiyyətli və etibarlı tibbi avadanlıq və sərfiyyat məhsulları ilə təmin etməkdir”. Göründüyü kimi, “Arash Medical Company" QSC-nin məqsədləri, fəaliyyət istiqamətləri arasında məişət avadanlıqları ilə təminat yoxdur. Bəs belə olan halda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbəri Anar Bayramovun “Arash Medical Company" QSC-ni seçməsinin səbəbi nədir? Burda hansı maraqlar var? A.Bayramovla bu şirkəti nə birləşdirir? Bu suallar təbii ki, məsələdən məlumatlı olan hər kəsi maraqlandırır.

 

Yerli mediada dərc olunan məlumatlarda bildirilir ki, şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur. Kamran Məmmədov həm də “Caspian İnternational Hospital” MMC-nin qanuni təmsilçidir. Lakin mətbuatın yazdığına görə, adı çəkilən bu iki şirkət, eləcə də “Badam Medical Center” Məmmədov Kamran Abid oğlu və Ehtiram Fərzəlibəyovun şərikli biznesidir.

 

Tanınmış iş adamı Şamo Fərzəlibəyovun qardaşı Ehtiram Fərzəlibəyov sosial şəbəkədə ən məşhur bloger-aşpaz kimi tanınır. E.Fərzəlibəyov əsas hobbisini sosial şəbəkələrdə reallaşdırır. O, həmçinin tanınmış kulinar, Şuşa Beynəlxalq Kulinariya Festivalının iştirakçısıdır. E.Fərzəlibəyov tez-tez şəxsi villasında kamera önünə keçərək yeməklər bişirir.

 

Mediada dərc olunan məlumatda o da bildirilir ki, Kamran Məmmədovun atası Abid Məmmədov bir vaxtlar bu ortaq biznesin əsas siması olsa da, bütün işlərini oğluna həvalə edib.
Blogger, aşpaz, tibbi avadanlıqlar, məişət avadanlıqları, mebel... Bunlar arasında əlaqə tapmaq üçün xüsusi istedad lazımdır, yəqin ki...

 

Yazıda adı keçən hər kəsin mövqeyini verməyə hazırıq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər