Argentina 2:0 uduzduğu oyunda 13 dəqiqəyə 3 qol vurdu

Argentina 2:0 uduzduğu oyunda 13 dəqiqəyə 3 qol vurdu 

Futbol üzrə dünya çempionatında Argentina-Misir görüşü keçirilib.
Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edib.

Oyunda hesabı Misir yığması açıb. 15-ci dəqiqədə Yasser İbrahim və 67-ci dəqiqədə Mustafa Ziko fərqləniblər. Lakin məyus olmayan argentinalılar ardıcıl 3 dəfə topu qapıdan keçiriblər. Kristian Romero (79), Lionel Messi (83) və Enzo Fernandes (90+3) qolların müəllifi olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi