Aşıq Ədalətin səhhəti ağırlaşıb, Türkiyəyə aparılır
Əməkdar İncəsənət Xadimi Aşıq Ədalətin səhhətində ağır problemlər yaranıb.
Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı aşıq Ədalətlə bağlı açıqlamasında bildirib ki, Aşıq Ədalət bu saatlarda Türküyəyə aparılır:
“İki ay bundan əvvəl ağır qrip keçirib. Ondan sonra boğazında xırıltı və səs tellərində müəyyən problemlər yaranıb. Müalicə aldı, amma nəticə olmadı. Odur ki, Türkiyəyə aparılır, həkimlər onun müayinədən keçməsini deyiblər.”
Məhərrəm Qasımlı Aşıq Ədalətin qitlağında xərçəng xəstəsi aşkarlanmasına da aydınlıq gətirib: “Elə şey demək lazım deyil. Allah ona şəfa versin. Gəlin belə şeyləri yazmayaq.”
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın