"Atv Xəbər" hansı laboratoriyada kristal servelat kolbasalarının tərkibində insan orqanizmi üçün zərərli maddənin olduğunu müəyyənləşdirdi?

"Atv Xəbər" hansı laboratoriyada kristal servelat kolbasalarının tərkibində insan orqanizmi üçün zərərli maddənin olduğunu müəyyənləşdirdi? - Fəxrəddin Fərhadov

"Kristal CF" MMC-nin istehsal etdiyi əmtəə nişanlı kolbasa məmulatlarının tərkibində insan orqanizmi üçün zərərli hesab edilən qatqı maddələri yoxdur.

Bir sahibkar kimi bunu tam əminliklə deyirəm.Çünki,istehsal prosesinə nə qədər həssas yanaşdığımı özüm yaxşı bilirəm.

""Atv Xəbər" in hansısa bir sosial şəbəkə istifadəçisinin yazdığı cızma-qaranı əsas götürüb xəbər hazırlaması və  "Kristal CF" servelat kolbasaları haqqında yanlış təsəvvür yaratmasına gəlincə deməliyəm ki,bu qərəzli yanaşmadır.Onu da qeyd edim ki, bir müddət əvvəl bir instagram səhifəsində istehsalçısı olduğum kolbasa və sosiskaların donuz əti və piyi olan məhsullarla eyni istehsal sahəsində istehsal olunmasına dair əsassız məlumat da yayılmışdı. Həmin xəbərlərin doğru olmadığı, yanlış təsəvvür yaradıldığı təsdiqini tapdı. Bu dəfə də yəqin ki, elə olacaq və məhkəmə efirdən səsləndirilmiş bu xəbərə də aydınlıq gətirəcək.Çünkü,televiziya kanalı istehsalçısı olduğum kolbasanın tərkibi ilə bağlı xəbərində labarator-tibbi əsası olmayan yanlış təəssürat yaradıb."

Bunu Faktinfo.az saytına "Kristal CF" MMC-nin rəhbəri, iş adamı Fəxrəddin Fərhadov "Atv Xəbər" in yayımladığı xəbərə münasibət bildirərkən deyib.

"Bu xəbəri hazırlayanlara sual olunmazmı,hansı insan orqanizmi üçün zərərli hesab edilən qatqının miqdarının artıq olmasından söhbət gedir? Ağızdan bir söz eşidiblər, amma məsələnin mahiyyətindən xəbərsizdirlər. Savadlarına şübhə ilə yanaşıb, iradımı bildirirəm.Hərisliyin mərkəzində dayanıb,belə yanlış xəbər hazırlamaq ədalətsizlikdir, sahibkarı qaralamaqdır.

 Çünki, mən və yaxud digər istənilən orqan sual edə bilər, "Atv Xəbər" hansı laboratoriyada müəyyənləşdirdi ki, kristal servelat kolbasalarının tərkibində insan orqanizmi üçün zərərli maddələr var? İctimaiyyətə yalan məlumat veriblər. Bildirim ki, E-450, E-451, E-452, E-621 və E-300 maddələrindən kolbasa istehsalında istifadə olunur və biz də bir istehsalçı kimi bu maddələrdən istifadə edirik.Bu maddələrdən beynəlxalq standartlara uyğun ona görə istifadə olunur ki, istehsal olunan məhsul tekustrasını itirməsin,nəmliyini tədricən qorusun və s."

İş adamı bəzi mətləblərə da aydınlıq gətirib: 

"Bu maddələrdən normadan artıq istifadə etdikdə, istehsal olunan kolbasaları insan orqanizmi üçün qorxulu hesab etmək olar.Bəs telekanal tələm-tələsik necə müəyyənləşdirdi ki, "Kristal CF" servelat kolbasalarının tərkibində insan orqanizmi üçün ziyanlı maddənin olduğunu? Düşündürücüdür, yəqin ki…

Digər tərəfdən,ölkəyə gətirilən belə maddələrin hər partiyası,eləcə də hər dəfə kolbasa məhsullarında istifadəsi nəzarətdədir.Eləcə də,istehsal olunan kolbasaların hər bir partiyasından analiz götürülür və ekspertiza rəyi verilir.Həmçinin bu maddələrin istifadə miqdarına ciddi nəzarət edilir.Yəni, Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi (AQTA) yanında Baytarlıq idarəsi heyvanların,heyvan mənşəlli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza rəyi verir.Əks təqdirdə, istehsal olunan məhsul satışa çıxarıla bilməz.Bu prosesə birbaşa AQTA ciddi nəzarət edir,"- Fəxrəddin Fərhadov bildirib.

Qeyd edək ki, "Atv Xəbər"-də servelat kolbasalarının tərkibində insan orqanizmi üçün ziyanlı qatqıların olmasına dair informasiya getdikdən sonra, iş adamı Fəxrəddin Fərhadovun qızı bloger Elmira Namazova xəbərə öz səhifəsində kəskin münasibət bildirib.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər