
Auditorlar Palatasının sədri əmr imzalayıb
Azərbaycan Auditorlar Palatası Şurasına (AAP) yeni üzv seçilib.
Faktinfo.az xəbər verir ki,bu barədə Palatadan bildirilib.
Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən maliyyə nazirinin müavini Azər Bayramovun 2025-ci il 17 aprel tarixli məktubuna əsasən Kəmalə Cəlal qızı Hümbətova Azərbaycan Auditorlar Palatası Şurasının üzvlüyünə Maliyyə Nazirliyinin nümayəndəsi qismində seçilib. Bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzov əmr imzalayıb. Bununla da Şura üzvlərinin sayı 7-yə çatıb.
Qeyd edək ki, Kəmalə Hümbətova Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin Təşkilatlarda uçot siyasəti sektorunun müdiridir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın