Avropa Liqası: “Başakşehir” “Sportinq”i məğlub etdi –Türkiyə komandası 1/8-ə vəsiqə qazandı
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin daha 1 cavab oyunu yekunlaşıb.
Türkiyənin yeganə təmsilçisi “Başakşehir” Portuqaliya “Sportinq”ini qəbul edib.
Görüşün əsas vaxtı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1.
İlk matçda “Sportinq” də eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt təyin edib. Bu bölümdə isə “Başakşehir” daha bir qol vuraraq, 1/8 finala adlayıb.
Qeyd edək ki, daha əvvəl Almaniya “Volfsburq”u və “Bayer”i, İngiltərə “Vulverhempton”u, İsveçrə “Bazel”i, İtaliya “Roma”sı, Avstriya LASK-ı və Şotlandiya “Reyncers”i də mərhələ adlayıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın