AVROPA PARLAMENTİ GÜRCÜSTANLA BAĞLI QƏTNAMƏ QƏBUL ETDİ
Bu gün Avropa Parlamenti hakim partiyanın təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı qətnamə qəbul edib.
Parlamentin 425 deputatı qətnamənin lehinə, 25-i əleyhinə səs verib, 30 deputat isə bitərəf qalıb. Qətnamənin hansı düzəlişlərlə qəbul edildiyi hələlik tam məlum deyil, lakin qətnamə layihəsində “xarici agentlər” haqqında qanun layihəsinin Avropa Birliyinin demokratik prinsiplərinə, Gürcüstanın Avropa Birliyinə üzvlük ambisiyalarına və Gürcüstanın beynəlxalq reputasiyasına xələl gətirdiyi və ölkənin Avro-Atlantik istəklərini təhlükə altına aldığı qeyd olunub.
Həmçinin, sənəddə qeyd olunur ki, Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar sözügedən qanun layihəsi ölkənin hüquqi nizamnaməsinə daxil olana qədər açılmamalıdır. Bundan əlavə, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə vizasız rejimə yenidən baxılması və Bidzina İvanişviliyə sanksiya tətbiq edilməsi kimi məqamlar yer alıb.
Bu xəbər üçün şərh yazın