Avtomobil Yolları Dövlət Agentlyində nüfuz savaşı-

Avtomobil Yolları Dövlət Agentlyində nüfuz savaşı- Müavin sədri haqqında məlumatlar yayır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyəti sədrinin birinci müavini Əvəz Qocayev agentliyin sədrinə meydan oxuyur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyəti sədrinin birinci müavini Əvəz Qocayevlə
, ikinci müavin Hüsnü Quliyev arasında nüfuz savaşı gedir. Bu barədə saytımıza daxil olan məlumatda bildirilir ki, Agentliyin sədri Saleh Məmmədovun Hüsnü Quliyevin tərəfini tutması Əvəz Qocayevdə qəzəb hissi yaradıb və o, Saleh Məmmədovun BDU-nun hüquqşünas diplomunu necə əldə etməsi barədə məlumatlar yaymaqla hər kəsə meydan oxuyur.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Əvəz Qocayev haqqında son aylar ölkə mətbuatında xeyli sayda məlumatlar dərc edilib. Bu məlumatlara  əsasən deyə bilərik ki, Saleh Məmmədovun birinci müavini sözün həqiqi mənasında oliqarx məmura çevrilib.

Saytımıza daxil olan məlumatda bildirilir ki, Əvəz Qocayev bütün işləri öz nəzarəti altına almaq məqsədi ilə Hüsnü Quliyevi sıxışdırmağa çalışır. Lakin Saleh Məmmədovun Əvəz Qocayevdən daha çox Hüsnü Quliyevə etimad göstərməsi  agentlikdə vəziyyəti gərginləşdirir.

Belə ki, daxil olan məlumatda iddia olunur ki, vəziyyəti öz xeyrinə dəyişməyə can atan Əvəz Qocayev Saleh Məmmədovun Hüsnü Quliyevə etimad göstərməsini qəbul etməyərək bəzi dairələrə davamlı olaraq ikinci müavin haqqında mənfi məlumatlar ötürür. Məlumata görə, Əvəz Qocayev Hüsnü Quliyevin ikinci müavin vəzifəsinə təyinat almasını təsadüf sayır. Hətta, birinci müavin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyində ən səriştəli məmurun özü olmasını tez-tez gündəmə gətirir.

Məlumatda bildirilir ki, Əvəz Qocayev öz ətrafına Hüsnü Quliyevin SSRİ vaxtında Bakı Kooperativ Texnikumunu zorla bitirdiyini, biznes fəaliyyəti ilə məşğul olduğu vaxtlarda isə  rüşvət yolu ilə Odlar Yurdu Universitetinin (2002-ci ildə) diplomunu əldə etməsini gündəmə gətirir,Hüsnü Quliyevin saxta diploma sahib olduğunu təkirarçılıqla vurğulayır.

Digər tərəfdən  Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmdədovun son aylar bir şox tapşırıqları Hüsnü Quliyevə həvalə etməsi Əvəz Qocayevi daha da əsəbləşdirib. Məhz bu səbəbdən, Əvəz Qocayev bir neçə ay əvvəl anadan olduğu Tovuz rayonunda təşkil etdiyi məclisdə sədrinə olan qəzəbini gizlətməyib,hətta Saleh Məmmədovun 2005-ci ildə Bakı Dövlət Universitetininin “Hüquq” fakültələsinin diplomunu necə əldə etməsi “əhvalatı”nı nəql edib. (aztoday.az)


***

Onu da qeyd edək ki,Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaranana qədər quruma Əvəz Qocayev rəhbərlik edib.Hətta, bir müddət sonra o Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin  sədri olacağını bildirib,ətrafına bunu açıq şəkildə  nümayiş də etdirib.Sonradan Saleh Məmmədova göstərilən etimad onu məyus edib. Lakin Əvəz Qocayev nə vaxtsa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin  sədri olacağını da unutmayıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi