"Axıska türklərindən həmişə səmimiyyət görmüşəm" -Deputatlığa namizəd Əziz Ələkbərli
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərlinin seçicilərlə görüşü rayonun Nəsimikənd və Sımada kəndlərində baş tutub.
Faktinfo.az-a deputatlığa namizədin seçki qərərgahından verilən məlumatda qeyd edilir ki,əhalisi əsasən Axıska türklərindən ibarət olan kənd əhalisindən həmişə səmimiyyət gördüyünü görüş iştirakçılarının diqqətinə Əziz Ələkbərli çatdırıb.
O,Seçicilərinə namizədi olduğu Yeni Azərbaycan Partiyasının “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə həyata keçirilən təbliğat kampanıyası və seçki platforması haqqında ətraflı məlumat verib.Görüşdə qeyd olunub ki, parlament seçkiləri ilk dəfədir suveren Azərbaycanın bütün ərazisində keçiriləcək və bu,hər bir vətəndaş üçün şərəf və qürurdur.
"Bu qüruru bizə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyev və qəhrəman şəhidlərimiz, hərbçilərimizdir.Seçicilərimə onu da bildirirəm ki, bu seçkilərdə hər bir seçicinin mövqeyi bizim üçün çox önəmlidir.Seçicilərim çıxış edərək mənə öz dəstəklərini ifadə etdilər, mənə uğurlar arzuladılar. Mən də öz növbəmdə, seçkilərdə qalib gələcəyim təqdirdə, onların istək və arzularını reallaşdırmaq üçün var gücümlə çalışacağımı bildirdim" -Əziz Ələkbərli vurğulayıb.
Bu xəbər üçün şərh yazın