“Az qala, 90 faiz əhali heç ərizə yaza bilmir”
"Xüsusən rayon və kəndlərdə hüquqi savadsızlıq tüğyan edir”.
Bu fikirləri deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında deyib.
Deputat qeyd edib ki, az qala, 90 faiz əhali nəinki adi hüquqi prosedurları, heç ərizə yaza bilmir: “Onun üçün də Komitəyə bu vəzifəni həyata keçirmək üçün əlavə vəsait nəzərdə tutulsun”.
Deputat Hikmət Babaoğlu isə cavab olaraq bildirib ki, deyilən fikirlə razı deyil: “Mən belə şeyləri qəbul etmirəm. Qeyd edildi ki, Azərbaycan qadınlarının 90 %-i heç ərizə yaza bilmir. Azərbaycan qadınları folklorun bütün janrlarında, qoşma, gəraylı, şeir və s. hansı formada deyirsiniz nümunələr yaradıb. Necə yəni 90 % yazı yaza bilmir?! Azərbaycanda yazıb oxumaq 100 %-dir. Maşallah bütün qadınlarımız yazmağı da, oxumağı da bilirlər”./Qafqazinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın