Ağstafadan namizəd Azər Əmiraslanov daha bir kənddə seçicilərlə görüşdü - FOTOLAR
Azər Əmiraslanovun seçicilərlə görüşləri davam edir.Bütün görüşlərdə namizədə çoxsaylı suallar ünvanlanır,mövcud problemlərdən danışılır.
Faktinfo.az xəbər verir ki,108 saylı Ağstafa Seçki dairəsindən deputatlığa namizəd Azər Əmiraslanov rayonun qədim kəndi hesab edilən Qıraq Kəsəmən kəndində olub.O,seçicilərnən görüşündən öncə kənd şəhidlərinin xatirəsinə inşa edilmiş abidə kompleksi ziyarət olunub,torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra deputatlığa namizəd Azər Əmiraslanovun və vəkillərinin çıxışları dinlənilib. Namizədin tərcümeyi halı və platforması seçicilərin diqqətinə çatdırılıb.Görüşdə sakinlərin qaldırdıqları məsələlər və ünvanlanan suallar ətrafında maraqlı müzakirələr aparılıb,müraciətlərə baxılması üçün müvafiq qeydlər aparılıb.
Faktinfo.az görüşdən fotoları təqdim edir:
Bu xəbər üçün şərh yazın