"Azər-Türk Bank"ın xalis mənfəəti 2 dəfədən çox azalıb - 77 mln. manat depozit geri çəkilib

"Azər-Türk Bank"ın xalis mənfəəti 2 dəfədən çox azalıb - 77 mln. manat depozit geri çəkilib 

"Azər-Türk Bank" 2025-ci ilin I rübü üzrə maliyyə hesabatını açıqlayıb.

“APA-Economics” banka istinadən xəbər verir ki, 2025-ci ilin I rübündə “Azər-Türk Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə azalaraq 3 milyon 828 min manat təşkil edib. 2024-cü ilin müvafiq dövründə bank 7 milyon 907 min manat xalis mənfəət əldə etmişdi.

Faiz gəlirləri və faiz xərcləri artıb

Hesabat dövründə bankın faiz gəlirləri 39.4% artaraq 32 milyon 302 min manat, faiz xərcləri isə 2.2 dəfə artaraq 18 milyon 150 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 8 milyon 479 min manata ( illik müqayisədə 0.8% çox), qeyri-faiz xərcləri isə 15 milyon 960 min manata ( illik müqayisədə 15.4% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 6.7 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 28% azdır.

I rübdə bankın aktivləri 128 milyon manatdan çox azalıb

Cari ilin aprel ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 6.2% və ya 128.3 milyon manat azalaraq 1 milyard 956.1 milyon manata enib. Cari ilin ilk 3 ayında “Azər-Türk Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 0.8% və ya 6.5 milyon manat artaraq 806 milyon 441 min manata bərabər olub.

Hesabat dövründə bankın öhdəlikləri azalıb

Bu dövrdə “Azər-Türk Bank”nın cəmi öhdəlikləri 1 milyard 845.3 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 6.7% və ya 132.2 milyon manat azdır.

Hesabat dövründə bankın, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 206.8 milyon manat təşkil edib.

Üç ayda “Azər-Türk Bank”dan 77 milyon manatdan çox depozit geri çəkilib

Fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 4.4% və ya 9.3 milyon manat azalaraq 203.8 milyon manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 5.5% və ya 68.4 milyon manat azalaraq 1 milyard 178.5 milyon manata enib. Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk üç ayında 5.3% və ya 77.7 milyon manat manat azalaraq 1 milyard 382.3 milyon manata enib.

Bankın kapitalı artıb

2024-cü il aprel ayının 1-nə “Azər-Türk Bank”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 3.7% və ya 3.9 milyon manat artaraq 110 milyon 719 min manat təşkil edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər