Azərbaycan alimlərinin həmmüəllifi olduqları məruzə beynəlxalq konfransda təqdim olunub
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev,AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın həmmüəllifi olduqları "Təbii dilin emalı və dərin təlimdən istifadə edərək e-poçt kompromentasiyasının aşkarlanması metodu" (“An approach for business email compromise detection using NLP and deep learning”) adlı məruzə 25-27 sentyabr 2024-cü il tarixlərində ADA Universiteti, Turin Politexnik Universiteti (İtaliya) və Corc Vaşinqton Universitetinin (ABŞ) birgə təşkilatçılığı ilə keçirilmiş “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” (The 18th IEEE International Conference Application of Information and Communication Technologies) üzrə 18-ci IEEE beynəlxalq konfransında təqdim olunub.
Tədbirdə məruzəni L.Suxostat təqdim edərək fişinqin hazırda kibercinayətkarlar tərəfindən həyata keçirilən geniş yayılmış hücumlardan biri olduğunu qeyd edib. Bildirib ki, maşın təlimi üsulları ənənəvi e-poçt təhlükəsizliyi həllərini keçmək üçün nəzərdə tutulmuş kiçik dəyişiklikləri tapmaqla müxtəlif fişinq hücumlarını aşkar edə bilər. Onun sözlərinə görə, təbii dil emalı (Natural Language Processing, NLP) həlləri sosial mühəndisliyin əlamətlərini aşkarlamaq imkanı verir.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın