
"AZƏRBAYCAN ASLAN KİMİ SÖZÜNÜN ARXASINDA DURUR" - "Hər şeyin pul olmadığını sübut etdilər" + VİDEO
"Haqqını təslim etməli olduğumuz insanlar var. Öncə Azərbaycan xalqına, İlham Əliyevə təşəkkür edirəm. Pulun hər şey demək olmadığını sübut etdilər..."
Faktinfo.az Azpolitika.info-ya istinadən xəbər verir ki, bunu Türkiyədə istefada olan polkovnik-leytenant, təhlükəsizlik məsələləri üzrə təcrübəli ekspert Mete Yarar "HaberGlobal"-ın efirində Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın Avropa İttifaqı (Aİ) ilə imzaladıqları və 12 milyard avro həcmində investisiya vədi aldıqları saziş çərçivəsində, Güney Kipri (yunan respublikasını) tanımalarından danışarkən deyib.
Daha sonra o sözlərinə bu cür davam edib: "Azərbaycan Türkmənistandan dahamı varlıdır? Heçmi problemi yoxdur? Avropa və Fransa ilə gərginlik yaşamırmı? Bu problemlərini həll edə bilməzdimi? Amma nə olur? Aslan kimi sözün arxasında durur. Qarabağda hələ də sülh sazişi imzalanmayıb, barış yoxur. İran və digər ölkələr üzərindən təhdidlərə məruz qalır. Hələ də kəşfiyyat hücumlarına məruz qalır. Amma belə bir addım atmadı".
M. Yaşar daha sonra türk dövlətlərinin məlum skandal qərarını sərt şəkildə tənqid edib.
Bu xəbər üçün şərh yazın