Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də Türkiyənin Dövlət Su İşləri ilə videokonfrans şəklində görüş keçirili

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də Türkiyənin Dövlət Su İşləri ilə videokonfrans şəklində görüş keçirili 

Faktinfo.az-a Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun verdiyi məlumata görə, 04.06.2021-ci il tarixində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin sədr müavinləri Rafiq Aslanov və Zakir Quliyev, Cəmiyyətin şöbə müdirləri Əjdər Cavadov, Məmməd Əsədov, “Azdövsutəslayihə” institunun direktoru Elbrus Paşayev və Dövlət Su İşləri (DSİ) Genel Müdürü Kaya Yıldız və digər səlahiyyətli nümayəndələr iştirak ediblər.

Videokonfrans şəklində keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilmişdir. Belə ki, su ehtiyatlarının bölgüsü və monitorinqi, DSİ-nin bilik və təcrübəsinin Azərbvaycandakı mütəxəssislərlə bölüşdürülməsi, işğaldan azad olunmuş və digər ərazilərdə böyük layihələrin planlaşdırılması, birgə görüşlər nəticəsində müəyyənləşdiriləcək nöqtələrdə DSİ-nin müşahidə stansiyahısını yaratmaq və digər məsələlərə baxılmışdır.

Görüşün sonunda əlaqələndirici nümayəndə kimi Azərbaycan tərəfindən Cəmiyyətin sədr müavini Rafiq Aslanov, Türkiyə tərəfindən isə Etüt, Planlama və Tahsisler Dairesi Başkanı Nazmi Kağnıcıoğlu seçilərək əməkdaşlığı daha sıx aparılması nəzərdə tutulub.

Qeyd edək ki, Dövlət Su İşlərinin nümayəndə heyəti bu gündən ölkəmizdə səfərdədilər. Səfər çərçivəsində bir çox işgüzar görüşlər keçiriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi