Azərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb

Azərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb - FOTOLAR

3 oktyabr tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Faktinfo.az xəbər verir ki,mərasimdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov memorandumun ikitərəfli əlaqələrin daha da genişlənməsinə, kitab və informasiya mübadiləsinə zəmin yaradacağını bildirib. Əlavə edib ki, hazırda Milli Kitabxananın fondunda gürcü ədəbiyyatından çoxlu sayda nümunələr var və yeni əməkdaşlıq sənədi fondun yeni sənədlərlə zənginləşməsinə, elektron kataloqda əks olunmasına və daha geniş oxucu kütlələrinə təqdim olunmasına əlverişli şərait yaradacaqdır. Tezliklə Gürcüstan Milli Kitabxanasının arxivində mühafizə olunan Azərbaycanla bağlı qiymətli arxiv materiallarının surətlərinin öikəmizə gətirilməsi məqsədilə Tiblisiya mütəxəssislərdən ibarət xüsusi ekspedisiyanın təşkil olunmasının vacibliyini vurğulayıb.

Gürcüstan Milli Parlament Kitabxanasının direktoru, professor Konstantin Gamsaxurdiya də əməkdaşlıq memorandumunun əhəmiyyətini qeyd edərək bildirib ki, kitablar ölkələr arasında ən yaxşı körpüdür. Ölkələrimiz arasında kitab mübadiləsi bizi bir-birimizə daha da yaxınlaşdırır. İnsanlarımız ölkələrimizin tarixi və mədəniyyəti ilə yaxından tanış olurlar.

Sonra Azərbaycan və Gürcüstan milli kitabxanalarının direktorları Kərim Tahirov və Konstantin Gamsaxurdiya ikitərəfli əməkdaşlıq barədə memorandumu imzalayıblar.

Sonda Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Gürcüstan Milli Parlament Kitabxanasının direktoru, professor Konstantin Gamsaxurdiyaya milli musiqi alətləri ilə bağlı suvenirdən ibarət hədiyyə təqdim edib.

Azərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıbAzərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıbAzərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıbAzərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıbAzərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıbAzərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi