Azərbaycan Milli Kitabxanasında KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi məqsədilə növbəti treninqə başlanıb

Azərbaycan Milli Kitabxanasında KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi məqsədilə növbəti treninqə başlanıb - FOTO

20 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Bakı şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri üçün KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində növbəti treninqin keçirilməsinə başlanıb.

Qeyd edək ki, treninqin keçirilməsində məqsəd aktiv, sürətlə inkişaf edən və yaxşı strukturlaşdırılmış kod bazasına malik, istifadəçi interfeysi konfiqurasiya edilə və uyğunlaşdırıla bilən, açıq mənbəli, inteqrasiya edilmiş kitabxana sistemi olan KOHA-nın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalarda tətbiqinə dəstək olmaqdır.

Faktinfo.az xəbər verir ki,treninqi Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq mütəxəssisləri salamlayıb. KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin üstün cəhətlərini vurğulayan direktor proqramın  kitabxanalarda tətbiqinin Azərbaycan Milli Kitabxanasının 850 mindən artıq biblioqrafik yazını əhatə edən elektron resurs fondundan istifadə etmək imkanı yaradacağını bildirib.

Treninqdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt şəhər, Abşeron və Xızı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri, həmçinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən ümumilikdə 8 nəfər mütəxəssis iştirak edir.

Treninq 23 may tarixinədək davam edəcək.

Faktinfo.az

 



Azərbaycan Milli Kitabxanasında KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi məqsədilə növbəti treninqə başlanıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi