"Azərbaycan Milli Qurtuluşdan ərazi bütövlüyü və suverenliyin bərpasına qədər şərəfli yol keçib"

"Azərbaycan Milli Qurtuluşdan ərazi bütövlüyü və suverenliyin bərpasına qədər şərəfli yol keçib" -DEPUTAT

"Azərbaycan xalqı 15 iyunu Milli Qurtuluş günü kimi qeyd edir. 1993-cü ilin iyununda, ölkəmiz parçalanmaq, müstəqilliyimizin itirilmək təhlükəsindən xilas olmasaydı, bu gün əldə etdiyimiz uğurlar haqda danışmaq mümkün olmazdı.

Bu tarixi yaradan müstəqilliyimizi əbədi edən, müasir Azərbaycan dövlətini quran, onu möhkəmləndirən və inkişaf yoluna çıxaran, öz əməlləri ilə xalqımızın ümummilli liderinə çevrilən Ulu Öndər Heydər Əliyevdir.
1993-cü ilin iyununda baş verənlər, hərbi qiyam və Gəncə hadisələri mövcud hakimiyyətin iqtidarda olduğu bir il ərzində idarəçilikdə buraxdığı kobud səhvlərinin nəticəsi idi. Müstəqilliyimizin yeni qazanılması, müharibə vəziyyətində olmağımız tamamilə fərqli bir siyasət yürüdülməsini, xüsusən dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi üçün təxirəsalınmaz addımların atılmasını zəruri etsə də, hakimiyyətdə olan AXC-Müsavat cütlüyü tamamilə fərqli yol tutmuşdu. Dövlətçilik anlayışı arxa plana keçmişdi.


Proseslər sürətlə müstəqilliyimizin itirilməsinə doğru aparırdı. Separatçılıq meyillərinin dərinləşməsi isə ölkəni parçalanmaq təhlükəsi qarşısında qoymuşdu. Ölkədəki hərc-mərcliyin, anarxiyanın, siyasi çəkişmələrin, qardaş qırğınının qarşısı alınmalı idi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Belə bir vəziyyətdə böyük siyasətçi Heydər Əliyevin təkidlə Bakıya dəvət olunması həmin dövrdə müdrik ümumxalq qərarı oldu. Ulu öndər Heydər Əliyev həmin dövrü belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi.""

Bu sözləri  mətbuata açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat onu da qeyd edib ki,həmin ağır və mürəkkəb dövrdə ulu öndərin Bakıya dəvət olunması, iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi vəziyyəti kökündən dəyişdi. Ulu Öndərin qayıdışı faciələrin qarşısını aldı. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı.
Beləliklə, böyük siyasətçk Heydər Əliyev mürəkkəb bir şəraitdə, o cümlədən respublikamız ətrafında dərin geopolitik ziddiyyətlərin mövcud olduğu bir dövrdə Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qorudu, ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Azərbaycanda dövlətçilik ənənələri möhkəmləndi.
Bu illər ərzində Azərbaycan yalnız inkişaf edib, müstəqilliyini və dövlətçiliyini daha da möhkəmləndirib. Bu illərdə Azrbaycan dünya birliyində özünə layiqli yer tutub, regional və qlobal miqyasda söz sahibinə, Cənubi Qafqazın liderinə çevrilib.

2020-ci il 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm hərbi-siyasi Qələbə ilə xalqımız 1993-cı ilin Qurtuluşundan sonra növbəti şərəfli tarixini yazdı. 2023-cü ilin sentyabrında isə Azərbaycan suverenliyini bərpa etdi. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Xocalı, Şuşa, Xankəndi başda olmaqla işğaldan azad olunmuş bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Bu gün keçmiş məcburi köçkünlərimiz öz dədə-baba yurduna qayıdır.

Artıq Qarabağa, Şərqi Zəngəzurda yeni həyat başlayıb. 1993-cü ildə dünya xəritəsindən silinməkdən xilas olan Azərbaycan bu gün beynəlxalq münasibətlər sisteminin layiqli üzvü kimi gücə çevrilib,- deyə, K.Nurullayeva vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər