Azərbaycan Özbəkistan Milli Kitabxanasının təşkilatçılığı ilə "Mərkəzi Asiya – 2024: Elm,təhsil, mədəniyyət və biznesdə internet və informasiya resursları” XVII Beynəlxalq Konfransında onlayn iştirak edib

Azərbaycan Özbəkistan Milli Kitabxanasının təşkilatçılığı ilə "Mərkəzi Asiya – 2024: Elm,təhsil, mədəniyyət və biznesdə internet və informasiya resursları” XVII Beynəlxalq Konfransında onlayn iştirak edib 

Azərbaycan Milli Kitabxanası Özbəkistan Milli Kitabxanasının təşkilatçılığı ilə Cizzəx şəhərində keçirilən “Mərkəzi Asiya – 2024: Elm, təhsil, mədəniyyət və biznesdə internet və informasiya resursları” XVII Beynəlxalq Konfransında onlayn iştirak edib.

Faktinfo.az xəbər verir ki,konfransın keçirilməsində məqsəd elm,təhsil,mədəniyyət və biznes sahələrində elektron informasiya resurslarının inkişafı sahəsində səmərəli əməkdaşlıq üçün kitabxanaların,təhsil və elmi təşkilatların fəaliyyətini artırmaqdır.

Beynəlxalq konfransda Azərbaycan Milli Kitabxanasının Biblioqrafik və elektron informasiya xidməti şöbəsinin bölmə müdiri Qurbanova Pərvanə “Azərbaycan Milli Kitabxanasında Kitabxana informasiya xidməti”  mövzusunda onlayn məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycan Milli Kitabxanasında virtual və innofativ xidmət növləri, informasiya bazaları, beynəlxalq əlaqələr və digər xidmət növləri haqqında konfrans iştirakçılarını məlumatlandırıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi