Azərbaycan və Gürcüstan arasında sərnişindaşınma bərpa olunur

Azərbaycan və Gürcüstan arasında sərnişindaşınma bərpa olunur -Tarix açıqlandı

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bu ilin mayın 1-dən bərpa olunacaq.

Bu barədə Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında keçirilmiş görüşdə bildirilib.

Görüşdə qatarlarla sərinşindaşımalarının hər iki ölkənin turizm sektoru üçün vacibliyi vurğulanıb.

Qeyd edək ki, Azərbaycala Gürcüstan arasında koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martından quru sərhədlər bağlanıb və həmin tarixdən ölkələr arasında sərnişin qatarlarının hərəkəti də dayandırılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər