Azərbaycan xaricdən daha çox ərzaq almağa başlayıb-

Azərbaycan xaricdən daha çox ərzaq almağa başlayıb- İdxal artıb

Faktinfo.az son 4-5 ildə idxaldan aslılığın artan templə yüksəldiyini və bu mənada yanlış aparılan kənd təsərrüfatı siyasəti barədə müxtəlif səpkili məqalələr yayımlayıb.

Artıq ölkənin xaricdən idxalının əhəmiyyətli hissəsini  ərzaq məhsullarının təşkil etdiyini ekspertlər də dilə gətirir.

Bu siyahıya  ət, yağ, süd, buğda, çay, tütün məmulatları vəs. daxil edilir. 2023-cü ildə Azərbaycana başqa ölkələrdən təxminən 2.3 milyard dollarlıq ərzaq gətirildiyi, bunun da son olmadığı qeyd edilir.Eləcə də ekspertlər ərzaq məhsullarının təminatında xaricdən asılılığı aqrar siyasətin icra olunmasında yol verilən ciddi nöqsanlarla əlaqələndirirlər.

Bu barədə Dövlət Gömrük Komitəsinin axrıncı statistik məlumatlarından da bunu müşahidə etmək mümkündü.

Belə ki,bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min dollar dəyərində ticarət əməliyyatı aparıb.


Qeyd olunur ki, xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 591,68 min dolları ixracın, 5 milyard 464 milyon 773,02 min dolları isə idxalın payına düşüb. Nəticədə xarici ticarətin müsbət saldosu 2 milyard 703 milyon 818 min dollar olub.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin ilk 4 ayı ərzində xarici ticarət əməliyyatlarının həcmi 17 milyard 882 milyon 674 min ABŞ dolları, o cümlədən idxal 5 milyard 297 milyon 861 min ABŞ dolları, ixrac 12 milyard 584 milyon 813 min ABŞ dolları, saldo 7 milyard 286 milyon 951 min ABŞ dolları təşkil etmişdi. Beləliklə, son 1 ildə ixrac 35,1 % az, idxal isə 3,1 % artıb.

Onu da qeyd edək ki, neft və neft məhsulları ilə yanaşı Azərbaycanın sənaye mallarının ixracı da xeyli azalıb.Belə ki, əgər 2022-ci ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 27,4 milyard manatlıq, 2023-cü ilin həmin dövründə 24,3 milyard manatlıq məhsul ixrac edilibsə,2024-cü ilin birinci rübündə bu rəqəm 21,1 milyard manat təşkil edib. Rəqəmlərdən görünür ki, Azərbaycanda sənaye məhsulları istehsalıdan gələn gəlirlər də azala-azala gedir.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər