Azərbaycana ən çox investisiya yatıran ölkələr -

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Ötən il Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 7 milyard 46 milyon 217 min ABŞ dolları hərcmində olub.

Valyuta.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, bu öncəki illə müqayisədə 5.83% daha çoxdur. 2023-cü ildə bu rəqəm 6 milyard 658 milyon 68 min ABŞ dolları idi.

Azərbaycana birbaşa investisiya yatıran ölkələrin siyahısına 1 milyard 748 milyon 822 min ABŞ dolları ilə Birləşmiş Krallıq başçılıq edir.

Türkiyə 1 milyard 219 milyon 15 min ABŞ dolları ilə ikinci, Macarıstan isə 1 milyard 18 milyon 648 min ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb.

İlk beşliyi isə Kipr və Birləşmiş Ərəb Əmirlikləri tamamlayıb. Bu ölkələr 2024-cü ildə Azərbaycan iqtisadiyyatına müvafiq olaraq 746 milyon 789 min ABŞ dolları və 490 milyon 156 min ABŞ dolları investisiya yatırıb.

Bütün ölkələrin siyahısı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Dövlətlərin adı
Məbləğ min $
Birləşmiş Krallıq
1,748,822
Türkiyə
1,219,015
Macarıstan
1,018,648
Kipr
746,789
Birləşmiş Ərəb Əmirlikləri
490,156
İran İslam Respublikası
371,487
Yaponiya
241,482
Rusiya Federasiyası
234,312
Amerika Birləşmiş Ştatları
149,826
Norveç
136,737
Fransa
121,910
Almaniya
75,297
İsveçrə
64,396
Avstriya
50,359
Niderland
43,210
Hindistan
43,163
Gürcüstan
35,357
Lüksemburq
26,026
Latviya
24,411
Asiya İnkişaf Bankı
21,436
Beynəlxalq Maliyyə Korporasiyası
17,830
Çin
17,572
Qazaxıstan
14,800
Filippin
13,304
İspaniya
7,129
İtaliya
6,803
Qırğızıstan
6,407
Meksika
5,248
Polşa
4,329
Digər dövlətlər
89,961

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər