Azərbaycanda 6 hakimin səlahiyyətinə xitam verildi

Azərbaycanda 6 hakimin səlahiyyətinə xitam verildi 

Azərbaycanda pozuntulara yol verdiklərinə görə 6 hakimin səlahiyyətlərinə xitam verilib.

Bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının dekabrın 21-də keçirilən iclasında qeyd olunub.

Yığıncaqda vurğulanıb ki, səlahiyyət müddəti bitmiş 56 hakimin və 7 məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirilməsi nəticələri prinsipial müzakirə edilib, 4 məhkəmə sədrinin işində nöqsan və çatışmazlıqlara görə aşağı işə keçirilməsi, vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verməsi nəzərə alınaraq, 6 hakimin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunub.

Eyni zamanda, 57 nəfərin peşəkarlıq səviyyəsinə uyğun müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəuyğun sayılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi