Azərbaycanda bu banklara bir ay möhlət verildi - RƏSMİ

Azərbaycanda bu banklara bir ay möhlət verildi - RƏSMİ 

“Azərbaycan Mərkəzi Bankı tərəfindən “Accessbank” və “Rabitəbank”a kapitalın yaxşılaşdırılması üçün möhlət verilib”.

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Sədrin sözlərinə görə, iki banka kapitalın artırılması üçün möhlət verilib:

“Onlar bir ay möhlət istəyiblər. Bir ay ərzində prosesi başa çatdıracaqlar”.

O qeyd edib ki, elə banklar var ki, onların kapitalı tələbdən aşağıdır:

“Amma bu bankların kapital adekvatlığı qənaətbəxşdir”. /Oxu.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi