Azərbaycanda əhali hər gün yanacağa - 11 MİLYON MANAT XƏRCLƏYİR

Azərbaycanda əhali hər gün yanacağa - 11 MİLYON MANAT XƏRCLƏYİR 

Bu ilin birinci yarısında Azərbaycanda əhali avtomobil yanacağına 2 milyard 38 milyon manat pul xərcləyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanacaq xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% artıb.

Xatırladaq ki, ötən  ilin ilk yarısında əhali avtomobil yanacağına 1 milyard 833,8 milyon manat pul xərcləmişdi.

Bu ilin ilk yarısında əhali orta hesabla hər gün yanacağa 11 milyon 260 min manat pul xərcləyib. Alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 6,3%-i avtomobil yanacağının alınmasına sərf edilib.

Qeyd edək ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,4 milyard manatlıq, o cümlədən 17,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4%, qeyri-ərzaq malları üzrə 6,5% artıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi