Azərbaycanda ətin ucuzlaşmasına dair yayılmış xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur
Ölkədə dana və quzu ətinin qiymətinin kəskin ucuzlaşması ilə bağlı yayılan xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur.
Faktinfo.az xəbər verir ki, ucuzlaşmaya dair məlumatlar yayıldıqdan sonra,Nizami rayonu 8-ci kilometr yaşayış massivində 10-dan çox ət satışı məntəqəsində qiymətin ucuzlaşması ilə bağlı deyilənlərin nə dərəcədə reallığı əks etdirib-etdirmədiyini müəyyənləşdirmək mümkün olub.
Hazırda 1 kiloqram quzu əti 21 manata,1kiloqram sümüksüz dana əti 19 manata, ( bəzi yerlərdə 19,5 AZN) 1 kiloqram sümüklü dana ətinin qiyməti isə 16 manata təklif olunur.
Beləliklə,ətin qiymətinin kəskin ucuzlaşması ilə bağlı yayılmış xəbərlər özünü doğrultmadı.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın