Azərbaycanda evlənən hər 2-3 nəfərdən 1-i boşanır – Statistika
Ötən ilin ilk 11 ayında Azərbaycanda 49 min 549 nikah və 19 min 761 boşanma halı qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.
Son bir ildə nikahların sayı 13% azalıb, boşanmaların sayı 36% artıb.
Son 2 ilin yanvar noyabr aylarında nikah və boşanmlar aşağıdakı kimi olub:
Nikah | Boşanma | |
2022-ci il yanvar-noyabr | 57 033 | 14 525 |
2023-cü il yanvar-noyabr | 49 549 | 19 761 |
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın