AZƏRBAYCANDA İLK DƏFƏ "OPERA GÜNLƏRİ" BAŞ TUTACAQ

AZƏRBAYCANDA İLK DƏFƏ "OPERA GÜNLƏRİ" BAŞ TUTACAQ 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı iyunun 6-dan 25-dək ölkəmizdə ilk dəfə olaraq “Opera Günləri” adlı genişmiqyaslı layihəni təqdim ediləcəkdir.

Faktinfo.az xəbər verir ki,İyun ayı ərzində baş tutacaq silsilə tədbirlər çərçivəsində teatr bir-birindən maraqlı və zəngin proqramlarla çıxış edəcək. Milli klassik operalarımızın səhnə təqdimatları, Avropa opera sənətinin möhtəşəm nümunələri, tanınmış vokal ustaları ilə açıq ustad dərsləri, elmi konfrans və müasir dövr üçün aktual müzakirələr, regionlarda klassik musiqi ifaçılarının çıxışları, opera ulduzları ilə görüşlər və yeni formatda təqdimatlar, həmçinin “İlin ən fəal tamaşaçıları” xüsusi nominasiyası keçiriləcək.


Yalnız səhnə sənəti deyil, həm də mədəniyyətimizin təbliği, operaya marağın  və yeni tamaşaçı auditoriyasının formalaşdırılması məqsədilə keçiriləcək "Opera Günləri" layihəsi haqqında ətraflı məlumatı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəsmi sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.


AZƏRBAYCANDA İLK DƏFƏ "OPERA GÜNLƏRİ" BAŞ TUTACAQAZƏRBAYCANDA İLK DƏFƏ "OPERA GÜNLƏRİ" BAŞ TUTACAQ
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər