
Azərbaycanda makaron istehsalı 2 dəfə artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2 min 528,7 ton makaron məmulatları istehsal edilib.
Report.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 2,1 dəfə çoxdur.
Martın 1-nə ölkədə 12,2 ton hazır məhsul ehtiyatı yaranıb.
Xatırladaq ki, iki ayda Azərbaycanda 933,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 10,7 % çoxdur.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın