"Azərbaycanda mobil danışıq və internet qiymətləri digər ölkələrlə müqayisədə bir neçə dəfə bahadır"

"Azərbaycanda mobil danışıq və internet qiymətləri digər ölkələrlə müqayisədə bir neçə dəfə bahadır" -OXUCU

İlkin Məmmədkərimov adlı oxucu Faktinfo.az saytının elektron poçtuna mobil operatorlarla bağlı yazı göndərib.Mövzu danışıq tariflərinin əsas olmadan qaldırılması və bazara digər operatorların buraxılmaması ilə bağlıdır.

Faktinfo.az İlkin Məmmədkərimovun yanaşmasını təqdim edir:

"Mobil operatorlar heç bir səbəb olmadan istər internet paketlərini, istərsə də danışıq tariflərini fantastik səviyyədə bahalaşdırıb.Heç kimə sirr deyil ki, Azərbaycanda mobil danışıq və internet qiymətləri digər ölkələrlə müqayisədə dəfələrlə bahadır.Belələ olduğu halda baha olan danışıq və internet tarifləri nədən artırılıb? 

Məlum qiymət artımı ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) isə medianın sualına cavabı  həmişəki kimi şablondur: "Qiymətlər tələb təklif və rəqabət nəticəsində formalaşır".

Maraqlıdır hansı rəqabətdən söhbət gedir? 

Bazarda faktiki olaraq iki mobil operator var.Bakcell və Azerfon 2018-ci ildən eyni holdinqin tərkibindədir.Bütün dünyada fəaliyyət göstərən Vodafone, Orange, T-Mobile, MTS, Beeline və s. mobil operatorlar isə bazara buraxılmır.Xarici mobil operatorlar qalsın bir yana,illərdir heç regional mobil operator olan Naxtel-in ümumrespublika operatoru kimi fəaliyyət göstərməsinə şərait yaradılmır.

Ümumiyyətlə nəinki mobil rabitə,ümumilikdə İKT sektorunda inhisarçılıq və monopoliyanın səbəbi nədən qaynaqlanır,bunu hamı bilir. Nazirlik nə internet, nədə mobil rabitə sahəsində istər yerli, istərsə də xarici şirkətlərin fəaliyyət göstərməsinə şərait yaratmır.Əhalisi ölkəmizdən  3 dəfə az olan Gürcüstan və digər qonşu ölkələrdə 4 mobil operator fəaliyyət göstərdiyi halda, Azərbaycanda isə  uzun illərdir 2 mobil operator fəaliyyət göstərir. Məgər belə rəqabət mühiti olur,hansı tələb və təklifdən söhbət gedir?

İlkin Məmmədkərimov

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər