Azərbaycanda şagirdlər arasında "Hepatit A" virusu yayıldı
Mingəçevirdə məktəblilər arasında “Hepatit A” virusuna yoluxma aşkarlanıb.
Son bir həftə ərzində şəhərin əsasən Tərəvəzçilik yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş “Hepatit A” diaqnozu ilə 5 xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.
Onlardan dördü qız, biri isə oğlan uşağıdır və 6, 7, 9 və 11-ci sinif şagirdləridir./unikal.org
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın