"Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsi istiqamətində effektiv iş aparılır"

"Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsi istiqamətində effektiv iş aparılır" -Aqiyə Naxçıvanlı

"Birmənalı olaraq deyə bilərik ki, 2020-ci il dövlətimizin və xalqımızın tarixinə ən önəmli və əlamətdar illərdən biri kimi yazılıb.

Sözsüz ki, həmin ili tariximizdə ən şanlı səhifələrdən biri edən müstəsna əhəmiyyətli ən böyük hadisə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi Qələbə əldə edərək torpaqlarımızın 30 illik işğalına son qoyması oldu. Bununla belə qeyd olunmalıdır ki, 2020-ci ildə ölkəmizin ictimai-siyasi həyatında daha bir neçə əhəmiyyətli hadisələr baş verimişdir. Əlbəttə ki, həmin hadisələr də məhz Azərbaycanın tarixi Qələbəsini təmin etmək və sonrakı illərdə ölkəmizin ərazi bütövlüyünü və tam suverenliyini bərpa etmək məqsədilə cənab Prezident İlham Əliyevin uzun illərdən bəri düşünülmüş şəkildə həyata keçirdiyi kompleks hazırlıq tədbirlərinin vacib tərkib hissəsi olmuşdur. Bu baxımdan ölkənin ictimai-siyasi həyatında baş vermiş bu önəmli hadisələrdən biri də şübhəsiz ki, 2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri olmuşdur. Təsadüfi deyil ki, möhtərəm dövlət başçımız 2020-ci il mart ayının 10-da Azərbaycan Respublikasının VI çağırış Milli Məclisin ilk iclasında etdiyi tarixi çıxışında bu seçkilərin məhz fevral ayında keçirilməsinin əsas səbəbinin islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək olduğunu vurğulamışdır."


Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat daha sonra bildirib ki, altıncı çağırış Milli Məclisin, eləcə də komitələrin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə güclü zəmin yaradıb: "Aydındır ki, son illər ölkəmizdə gedən siyasi islahatların dərinləşməsi prosesi parlamentdən də yan keçə bilməzdi.Həqiqətən də 2020-ci ildə yeni tərkibdə formalaşmış Milli Məclis islahatların həyata keçirilməsinə yeni təkan vermiş oldu. Bu gn islahatların səmərəliliyi naminə ölkədə yaradılmış siyasi dialoq mühiti daha da dərinləşməkdədir. Məhz bu baxımdan da demokratiyanın dərinləşməsi yönümündə atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşması olub.Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunmaları kimi mütərəqqi addım da birbaşa cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə atılmışdır və dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasi islahatların önəmli bir hissəsidir. Əlbəttə ki, Milli Məclis Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək istiqamətində bundan sonra daha fəal iş aparmalıdır. Bu gün istər ölkəmizdə, istərsə də bütün dünyada dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri tələb olunur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Bu sahədə görülən işlərlə bağlı Milli Məclisin rolu artmalıdır, hazırlanan qanunlar adekvat və dəyişən reallıqlara uyğun olmalıdır. Bu baxımdan da deputatlar qarşısında öz effektiv icrasını gözləyən çox mühüm vəzifələr durur" – Aqiyə Naxçıvanlı vurğulayıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər