Azərbaycanda subay qalanların sayı artır: Evlənənlərin sayı kəskin azaldı

Azərbaycanda subay qalanların sayı artır: Evlənənlərin sayı kəskin azaldı 

Cari ilin ilk dörd ayı ərzində Azərbaycanda 11 min 422 nikah və 6 min 443 boşanma halı qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən hesabatında məlumat verilib.


Bildirilib ki, hesabat dövründə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11 min 422 nikaha daxilolma, 6 min 443 isə boşanma halı rəsmiləşdirilib.


Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,4-dən 3,4-ə enib. Eyni zamanda, hər 1000 nəfərə düşən boşanmaların sayı da 2,0-dan 1,9-a qədər azalıb.


Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə həm nikahların, həm də boşanmaların sayında azalma müşahidə olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi