Azərbaycanda unun tərkibinə KAP deyilən xüsusi maddə qatılacaq

Azərbaycanda unun tərkibinə KAP deyilən xüsusi maddə qatılacaq 

Azərbaycanda bir sıra xəstəliklərin qarşısını almaq üçün satışa çıxarılacaq unun tərkibinə dəmir qatılacaq.

Faktinfo.az xəbər verir ki,bunu Azvision.az-a açıqlamasında Azad İstehlakçılar Birliyininin sədri Eyyub Hüseynov deyib.

Təşkilat rəhbəri bildirib ki,anemiya xəstəliyinin yayılma riskini azaltmaq üçün unun tərkibinə dəmir, KAP deyilən xüsusi maddə qatılacaq.

"Əhalinin böyük bir hissəsində qırmızı qan kürəciklərinin miqdarı azdır. Buna görə belə təşəbbüs irəli sürərək 7 unüyütmə dəyirmanına xüsusi qurğu və KAP deyilən material verdik. Lakin sonrakı ayların monitorinqlərində gördük ki, dəyirmanların təxminən 40%-i verdiklərimizdən istifadə etməyib. Onlar unu qırmızı loqo ilə bazara çıxarıb və istehlakçıları aldadıblar”.

Eyyub Hüseynov zənginləşdirmə üçün 1 ton una 3 dollar vəsait tələb olunduğunu və bunun unun çəkisinə təsir göstərməyəcəyini deyib.

Qeyd edək ki, bir çox ölkələrdə unun dəmirlə zənginləşdirməsi prosesi həyata keçilir. Bu məsələnin yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi