Azərbaycanda vətəndaşlar narahat olmağa başlayıb-"MELİSSA" yaşayış komleksi...
Faktinfo.az xəbər verir ki,Türkiyədə güclü zəlzələ ölən və yaralananların sayının artması,zəlzələnin dəhşətlərinin yaratdığı ciddi fəsadlar,dünya alimlərinin baş vermiş zəlzələ haqqında fikirləri Azərbaycanda da tikilmiş hündür mərtəbəli binaları gündəmə gətirib.Binalarda yaşayanlar yaşadıqları binanın nə dərəcədə təhlükəsiz,zəlzələyə davamlılıq səviyyəsi haqqında düşünməyə başlayıblar.
Bu mənada isə tezadlar.az saytı bir məlumat yayıb.
Saytın xəbərinə görə,Türkiyədə baş verən məlum faciələr Azərbaycanda, xüsusən də tikinti meydançasını xatırladan (Qarabağda tikmək əvəzinə, Bakını tikirlər) paytaxt Bakıda göydələnlərin tikintisinə ictimai diqqəti və narahatlığı artırıb.
Saytın elektron poçtuna "MELİSSA" yaşayış komleksi ətrafında yaşayan (Zərdabi küçəsi, Diaqnostika ilə üzbəüz, Tbilisi prospekti və Azərcell-in baş ofisinin arxa tərəfi) sakinlər tərəfindən bir şikayət daxil olub.
Yazırlar ki, 16 mərtəbəyə icazə verilsə də MTK-nın acgöz sahibləri artıq 20 mərtəbəni qaldırıb... Binanın beton sütunları isə namnazikdir və s. Sitat: "Bu ərazi də sürüşmə ehtimallıdır. Biz sakinlər tikinti başlayandan izləyirik, aidiyyəti dövlət qurumları buranı nəzarətə götürməlidir. Qarın-qarına tikilən göydələnlərin zəlzələyə dözümlülüyü necədir?".
Bəli, qardaş Türkiyədə baş verənlər nəticə çıxarmağa bəs edəcəkmi?
Şikayətçilərə söz verdik ki, məsələ əməkdaşlarımız tərəfindən araşdırılacaq.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın