"Azərbaycandakı "Akıncı" PUA-sı hazır vəziyyətdə olub" - Selçuk Bayraktar
Azərbaycandakı “Akıncı” pilotsuz uçuş aparatı İran Prezidentinin helikopterinin qəzaya uğradığı yerdə axtarışlar aparmaq üçün hazır vəziyyətdə olub.
APA.az-ın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar jurnalistlərə açıqlamasında bildirib.
"Azərbaycandakı texniki heyəti buna hazır idi", - şirkət rəhbəri deyib.
O qeyd edib ki, ərazi şərtlərinin mürəkkəb olmasına baxmayaraq, “Akıncı” PUA-larının helikopteri tapmaqda rolu böyük olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın